EN

Hansı məktəblərdə 1-ci sinfə qəbul müsabiqə yolu ilə aparılır?

Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. 

Bu barədə “Cebheinfo.az”-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub.  

Bildirilib ki, uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır. 

İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi,  T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə  üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.

Chosen
30
7
cebheinfo.az

10Sources