EN

BƏƏ: Hörmüz boğazına İran nəzarət etməməlidir

BAKI, 4 may. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Məzrui İranın Hörmüz boğazına nəzarətinə qarşı çıxıb.

Teleqraf xəbər verir ki, BƏƏ rəsmisi heç bir ölkənin boğaza nəzarət etməsinə icazə verilməməli olduğunu bildirib.

Məzrui ABŞ və Bəsrə körfəzi ölkələri üçün Hörmüz boğazının açıq qalmasının son dərəcə vacib olduğunu və gələcəkdə yenidən bağlanmasının qarşısının alınmalı olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayl Bəqayi isə BƏƏ-ni ABŞ və İsrailin ölkəsinə qarşı hücumlarını dəstəkləməkdə ittiham edib:

“Bu 50 gündə BƏƏ-nin yersiz davranışlarının, o cümlədən İrana qarşı təcavüzkarları dəstəkləməsinin şahidi olduq. Bu, bir çox problem yaradıb. Ümid edirik, regional ölkələr bu dövrün nəticələrindən lazımi dərsləri çıxarıblar”.

Chosen
10
teleqraf.com

1Sources