EN

"Google"dan yeni xüsusiyyət - İstifadəçilərin işləri asanlaşacaq

"Google" xəbər istehlak vərdişlərini birbaşa təsir edə biləcək yeni xüsusiyyətini qlobal olaraq istifadəyə verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Seçilmiş mənbələr" (Preferred Sources) adı verilən sistem vasitəsilə istifadəçilər artıq hansı xəbər saytlarını daha tez-tez görmək istədiklərini özləri seçə biləcək.


Şirkətdən verilən açıqlamaya görə, bu xüsusiyyət Google Axtarışındakı "Ən Yaxşı Xəbərlər" (Top Stories) bölməsini fərdiləşdirir. İstifadəçilər istədikləri yayımları seçərək, bu saytların məzmunlarını axtarış nəticələrində daha görünür etməyə imkan əldə edirlər.


Yeni sistemlə istifadəçilər, alqoritmanın təqdim etdiyi məzmunlara tamamilə bağlı qalmadan, öz seçdikləri mənbələri ön plana çıxara bilirlər. "Google" bu xüsusiyyətin istifadəçilərin güvəndikləri yayımlara daha asan çatmalarını təmin etdiyini vurğulayır.

Chosen
26
manset.az

1Sources