EN

Makron: “Avropalılar təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın əvəzini ödəyirlər” - VİDEO

Fransa Prezidenti Emmanuel Makron Avropanın müdafiə və təhlükəsizlik sahəsində ABŞ-dan həddindən artıq asılı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Makron bu barədə açıqlamasında danışıb.
 

“Biz müdafiə və təhlükəsizlik məsələlərində Amerikanın “çətiri”ndən həddindən artıq asılılığımızın bədəlini öz üzərimizdə hiss edirik. Gəlin dürüst olaq: bu, hamının bildiyi, amma susmağa üstünlük verdiyi “otaqdakı fil”dir”, - deyə Fransa Prezidenti bildirib.


Makronun sözlərinə görə, Avropa ölkələri öz təhlükəsizlik sistemlərini daha müstəqil və dayanıqlı qurmalıdırlar.

O qeyd edib ki, mövcud geosiyasi şərait Avropanın müdafiə sahəsində daha çox məsuliyyət götürməsini zəruri edir.


Bizim.Media

Chosen
26
26
bizim.media

10Sources