Fransa Prezidenti Emmanuel Makron İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammitində çıxış edib.
Redaktor.az xəbər verir ki, Makron çıxışında Ermənistanda son illərdə baş verən siyasi dəyişikliklərin beynəlxalq ictimaiyyət üçün aydın olduğunu bildirib.
Bildirilib ki, Fransa Prezidenti deyib: “Düzünü desək, səkkiz il əvvəl bura heç kim gəlməzdi. O vaxt Ermənistan danışıqlar masasında Rusiyanın faktiki təsir dairəsində olan ölkə kimi görünürdü. Bu gün isə ölkəyə bu qədər çox liderin səfəri çox şeydən xəbər verir”.
Qeyd olunub ki, Makron Ermənistanda baş verən dəyişiklikləri “Məxməri İnqilab”dan sonra ölkənin siyasi kursunun dəyişməsi ilə əlaqələndirib və Nikol Paşinyanın bu prosesdə rolunu vurğulayıb.
Məlumata görə, o, Ermənistanın sülh və Avropaya inteqrasiya yolunu prioritet kimi seçdiyini bildirib və bu dəyişiklikləri regionda baş verən daha geniş proseslərlə, o cümlədən Ukraynada davam edən vəziyyətlə əlaqələndirib.
Aminə ŞAHSUVARQIZI