Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kolumbiyanın Popayan şəhərində keçirilən “Canavar Yük maşını 2026” tədbirində faciə baş verib. Modifikasiya olunmuş yük maşını nəzarətdən çıxaraq tamaşaçıların arasına girib.
Bakupost.az xəbər verir ki, hadisə zamanı 1-i uşaq olmaqla 3 nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Görüntülərdə maşının maneəni keçdikdən sonra sürətlə tamaşaçıların olduğu əraziyə yönəldiyi açıq görünür.
İlkin məlumata görə, avtomobilin əyləc sistemi işləməyib.
Bahar Babaşova, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.