EN

“Sabah” polşalı futbolçudan gələn xəbərə sevindi 

“Sabah”ın futbolçusu Tomas Puxaçın durumu bəlli olub.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Şamaxı”ya qarşı görüşdə (3:0) zədələnən oyunçunun durumu ciddi deyil. O, yaxın zamanda yaşıl meydanlara qayıda biləcək.

Ancaq buna baxmayaraq, təcrübəli futbolçunun  qarşıdakı “Kəpəz”lə oyunda iştirakı sual altındadır. Hələlik oyunçunun həmin qarşılaşmada meydana çıxıb-çıxmayacağı bilinmir.

“Sabah” – “Kəpəz” oyunu mayın 8-də, saat 18:30-da start götürəcək.

 

Chosen
17
idmanxeber.az

1Sources