EN

Xarkov “İsgəndər”lə vuruldu – Beş nəfər öldü

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətindəki Merefa şəhərinə raket zərbəsi endirib.

Herbian.az xəbər verir ki, bu barədə 4 may bazar ertəsi günü Xarkov vilayəti Prokurorluğu və Xarkov vilayəti Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov məlumat verib.

Beş nəfər həlak olub: 50 və 63 yaşlı kişilər, 74, 41 və 52 yaşlı qadınlar. Müxtəlif mənbələrə görə, 18-19 nəfər yaralanıb.

Sinegubovun sözlərinə görə, yaralılardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha 12 nəfər orta dərəcəli partlayış xəsarəti alıb, ikisi isə kəskin stress keçirib.

Chosen
14
herbiand.az

1Sources