EN

“Sabah”ın zədəli futbolçusunun son durumu bəlli olub

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XXX turunun “Şamaxı” ilə keçirilən görüşündə (3:0) zədə alan “Sabah”ın futbolçusu Timoteuş Puxaçın durumu bəlli olub.

Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, polşalı müdafiəçinin zədəsi ciddi deyil.

Onun növbəti turda “Kəpəz”lə matçda meydana çıxıb-çıxmayacağı sual altında olsa da, Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı oynayacağı dəqiqdir.

Qeyd edək ki, “Sabah”ın “Kəpəz”lə çempionat oyunu mayın 8-də, “Zirə” ilə kubok matçı isə mayın 13-də keçiriləcək.

 

Chosen
13
2
azertag.az

3Sources