Azərbaycan Premyer Liqasının XXX turunun “Şamaxı” ilə keçirilən görüşündə (3:0) zədə alan “Sabah”ın futbolçusu Timoteuş Puxaçın durumu bəlli olub.
Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, polşalı müdafiəçinin zədəsi ciddi deyil.
Onun növbəti turda “Kəpəz”lə matçda meydana çıxıb-çıxmayacağı sual altında olsa da, Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı oynamaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, “Sabah”ın “Kəpəz”lə çempionat oyunu mayın 8-də, “Zirə” ilə kubok matçı isə mayın 13-də keçiriləcək.