EN

Amerika gəmisi vurulub? AÇIQLAMA

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton administrasiyasının nümayəndəsi İran raketlərinin Amerika gəmisini vurduğu barədə məlumatı təkzib edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. 

"ABŞ-nin yüksək vəzifəli rəsmisi ABŞ gəmisinin İran raketləri tərəfindən vurulduğu barədə məlumatları təkzib edib", - deyə məlumatda qeyd olunub. 

İranın "Fars" xəbər agentliyi daha əvvəl İran silahlı qüvvələrinin Hörmüz boğazından keçməyə çalışan ABŞ gəmisinə hücum etdiyini, İran tərəfinin xəbərdarlıqlarına məhəl qoymadığını bildirmişdi. Məlumata görə, iki raket hədəfə çatıb və gəmi geri dönməyə məcbur olub.

Ağarza Elçinoğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
unikal.az

1Sources