Türkiyəli aktrisa Nesrin Cavadzadənin gizli şəkildə ailə qurduğu iddiası maqazin gündəmini zəbt edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumatlara görə, aktrisa iş adamı Kadir Taner Uçar ilə Bodrumda səssiz-sədasız nikah masasına oturub. Toy mərasiminin məhdud sayda qonağın iştirakı ilə keçirildiyi və tədbirlə bağlı detallı məlumatların paylaşılmadığı bildirilir.
Cütlük arasındakı yaş fərqi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aktrisanın son günlərdə sosial mediada etdiyi müəmmalı paylaşımlar isə evlilik iddialarını daha da gücləndirib.
Qeyd edək ki, məsələ ilə bağlı tərəflər hələlik rəsmi açıqlama verməyib. Buna baxmayaraq, xəbər maqazin ictimaiyyətində böyük maraq doğurub.


