EN

Rusiyada "Coca-Cola"nın rəhbəri həbs olundu

“Coca-Cola”nın keçmiş rəhbəri Vadim Çirkov rəqiblərini mağazalardan sıxışdırıb çıxarmaq və tərəfdaşını aldatmaq iddiası ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə “Mash” saytı məlumat yayıb.

Bildirilib ki, 2015-ci ildə Çirkov distribütor İslam Abasova “Pepsi” və “Çernoqolovka”nı rəflərdən çıxarmaq üçün məhsullarını zərərlə satmağı təklif edib. Daha sonra yaranan fərqin kompensasiya ediləcəyi vəd olunub. Sahibkar buna inanıb və on milyonlarla rubl ziyana düşüb.

Ödəniş vaxtı çatanda şirkət öhdəliklərini yerinə yetirməkdən imtina edib. Abasov hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və axtarışlar nəticəsində Çirkov saxlanılıb.

Chosen
9
publika.az

1Sources