EN

DSX: Apreldə 366 axtarışda olan şəxs saxlanılıb, 121 kq-dan çox narkotik dövriyyədən çıxarılıb

Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində aprel ayında hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 366 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.


Qurumun məlumatına görə, ölkədən çıxışı qadağan edilmiş 804 nəfərin ölkəni tərk etməsinin, həmçinin girişi qadağan olan 26 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.


DSX qeyd edib ki, ay ərzində iki halda narkotik vasitələrin pilotsuz uçuş aparatları vasitəsilə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.


Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar nəticəsində 121 kiloqram 249 qram narkotik vasitə və 23 647 ədəd müxtəlif tərkibli həb aşkar edilərək dövriyyədən çıxarılıb.


Bundan əlavə, qaçaqmalçılığa qarşı tədbirlər çərçivəsində ümumi dəyəri 2 milyon 168 min 103 manat olan qaçaqmal, o cümlədən xarici valyuta, odlu silah və sursat, dərman vasitələri və tütün məmulatları müsadirə olunub.

Aytac 

Chosen
15
anews.az

1Sources