EN

BƏƏ XİN: İran Hörmüz boğazında ADNOC tankerini hədəf alıb

BƏƏ

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti, Hörmüz boğazından keçərkən dövlət neft şirkəti ADNOC-a məxsus tankerə İran tərəfindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə edilən hücumu pisləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"BƏƏ, Hörmüz boğazından keçərkən ADNOC şirkətinin tankerinə iki pilotsuz uçuş aparatı ilə edilən İran terror hücumunu ən kəskin şəkildə pisləyir və bununla bağlı dərin narahatlığını bildirir", — deyə nazirliyin "X" sosial şəbəkəsində yayımlanan bəyanatında qeyd olunur. Bildirilib ki, hücum nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, mayın 4-nə keçən gecə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Füceyrə şəhərindən 78 dəniz mili şimalda bir tankerlə bağlı insident baş verdiyini xəbər vermişdi. Qurumun məlumatına görə, gəmi zərbəyə məruz qalıb, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.

Məryəm Quliyeva

Chosen
24
1
xalqcebhesi.az

2Sources