EN

"Barselona" böyük maliyyə gəliri əldə edəcək

İspaniyanın "Barselona" klubu "Kamp Nou" stadionunun əsaslı yenidənqurmasının başa çatmasından sonra ciddi maliyyə dəstəyi əldə etməyə hazırlaşır.

"Report" "Cadena Ser"ə istinadən məlumat verir ki, Kataloniya təmsilçisi arenanın tamaşaçı tutumunu 105 minə çatdırmaqla hər il 80 milyon avroya qədər əlavə gəlir qazana biləcək.

Modernləşdirmə layihəsinin əsas komponentlərindən biri VIP lojalarının da yerləşdirilməsi nəzərdə tutulan üçüncü mərtəbənin inşası olacaq. Onlar katalonlar üçün yeni gəlir mənbəyinə çevriləcək.

Ümumiyyətlə, son ölkə çempionu təmir olunmuş stadionunun illik gəlirini təqribən 350 milyon avro artıracağını gözləyir. Komanda növbəti mövsümün sonunadək arenanın tam gücü ilə fəaliyyət göstərməsini planlaşdırır, lakin təmirin maksimum maliyyə effekti 2028-ci ildən əvvəl özünü büruzə verməyəcək.

"Cebheinfo.az"

Chosen
3
2
cebheinfo.az

3Sources