EN

“Liverpul”dan “Napoli”yə 28 milyonluq təklif

“Liverpul” “Napoli”nin müdafiəçisi Sem Bukemanı transfer etmək üçün təklif göndərib.

Publika.az xəbər verir ki, bu barədə “AreaNapoli” məlumat yayıb.

Bildirilir ki, İngiltərə komandasının baş məşqçisi Arne Slot niderlandiyalı futbolçunun transferi üçün təkid edib.

“Liverpul” hazırkı oyunçularına əlavə rəqabət yaratmaq üçün yeni mərkəz müdafiəçisi axtarır.

Qeyd olunur ki, təklif 28 milyon avro olub.

Chosen
23
publika.az

1Sources