EN

SEPAH ın fəaliyyəti və təsir imkanları RƏY

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“SEPAH-ın əsas funksiyası ölkə daxilində inqilaba qarşı olan qüvvələri sıradan çıxarmaq, narazı qrupları neytrallaşdırmaq, eyni zamanda Ayətullah Xomeyninin İslam inqilabı doktrinasını dünyada yaymaqdır”.

Gununsesi.info bildirir ki, bunu Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib:

“Hizbullah, Həmas və digər proksi qüvvələr SEPAH tərəfindən hazırlanıb. Adları sadalanmayan bir çox siyasi qruplaşmalar da SEPAH-ın törəmələri hesab olunur. Bu törəmələr regionda Xomeyninin İslam inqilabı doktrinasını silahlı yolla yaymağa çalışırlar.

SEPAH təkcə İranın hərbi qüvvəsi deyil, həm də geniş iqtisadi gücə malik qurumdur. Hərbi korpusun ümumi aktivlərinin 100 milyard dollardan çox olduğu təxmin edilir. Əsas maliyyə mənbələrinə dövlət büdcəsi, neft-qaz layihələri, tikinti işləri, bank sahəsi və xarici ticarət daxildir.

Qurum həmçinin iri holdinqlər vasitəsilə ölkə iqtisadiyyatının strateji sahələrinə nəzarət edir.

SEPAH bütün hakimiyyəti ələ alarsa, bu vəziyyətin uzun sürməyəcəyi ehtimal olunur. Çünki digər ölkələr İranın hərbi qurum tərəfindən idarə edildiyi qənaətinə gələ bilər və bu, iqtisadi çətinliklərə səbəb ola bilər. İqtisadiyyatın zəifləməsi isə SEPAH-ın maliyyə imkanlarını məhdudlaşdıra bilər və nəticədə qurumun zəifləməsinə gətirib çıxara bilər. Bu proses İslam Respublikasının gələcəyinə də təsir göstərə bilər”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
icma.az

1Sources