EN

Türkiyə və Ermənistan müqavilə imzaladı: Ani körpüsünü birlikdə bərpa edəcəklər

Türkiyə və Ermənistan tarixi Ani körpüsünü birlikdə bərpa edəcək.
Yenicag.az bildirir ki, Türkiyə mediasının xəbərinə görə, bu barədə 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etmək üçün İrəvanda səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə bildirib.
O, Türkiyənin bununla bağlı Ermənistanla müqavilə imzalandığını açıqlayıb.
Müqaviləni Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imzalayıblar.
Chosen
46
7
yenicag.az

8Sources