EN

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri 18 faizdən çox artıb

Bakı, 4 may, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 4,5 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 700 min dollar və ya 18,4 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 3,8 milyon dollar olub.

Chosen
5
2
azertag.az

3Sources