EN

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 4 may, AZƏRTAC

Almaniya və Azərbaycan arasında iqtisadi-ticari münasibətlər fəal şəkildə inkişaf etməkdə davam edir, əməkdaşlığın istiqamətlərinin diversifikasiyası ilə yanaşı, davamlı artım nümayiş etdirir.

Bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında alman politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Klemens Fişer səsləndirib.

Onun sözlərinə görə, son illərdə ikitərəfli ticarət dövriyyəsi əhəmiyyətli göstəricilərə çataraq 1,7 milyard avroya yaxınlaşıb. Ekspert qeyd edib ki, Almaniya Azərbaycana sənaye avadanlıqları, avtomobillər, kimya və elektrotexnika məhsulları da daxil olmaqla geniş çeşiddə məhsullar ixrac edir.

Azərbaycan isə öz növbəsində, xüsusilə də Avropa ölkələri üçün də maraq doğuran Orta Dəhliz çərçivəsində mühüm logistika potensialına malikdir. Klemens Fişerin qiymətləndirməsinə görə, nəqliyyat infrastrukturunun inkişafı və biznes institutlarının dəstəyi investisiyaların genişləndirilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əlverişli şərait yaradır.

Müəllif - Tamilla Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
2
azertag.az

3Sources