EN

Qəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib

Yazını böyüt
Yazını kiçilt

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Qəbələ şəhərində WUF13 Festivalı keçirilib.

Hafta.az xəbər verir ki, festivalın axşam proqramı Qəbələ şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında davam etdirilib.

“WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Qəbələ sakinlərini və şəhərin qonaqlarını salamlayaraq festivalın əhəmiyyəti barədə ətraflı məlumat verib, gecələrini mənalı keçirmələri üçün müxtəlif proqramların təşkil olunduğunu diqqətə çatdırıb.

Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Qeyd edək ki, günün birinci yarısında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.

Chosen
42
4
hafta.az

5Sources