EN

Valideynlərin fəxrlə paylaşdığı bu içki uşaqlarda sağalmaz xəstəliklər yaradır Eskpert

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bubble Tea" son illərdə xüsusilə uşaqlar və yeniyetmələr arasında sürətlə populyarlaşan içkilərdən birinə çevrilib. Rəngarəng görünüşü, şirin dadı və fərqli təqdimatı bu içkini cəlbedici etsə də, onun tərkibi və təsirləri ilə bağlı narahatlıqlar getdikcə daha çox müzakirə olunur. Xüsusilə azyaşlıların bu içkiyə marağının artması valideynlərin diqqətini tələb edən mühüm məsələlərdən biridir.Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov Demokrat.az-a bildirib ki, qablaşdırılmış içkilər şəkər səviyyəsinin yüksək olması ilə seçilir və onların tərkibində şəkərin miqdarı kifayət qədər çoxdur:"Bu içkilərin uşaqlara hər hansı bir fayda verməsi real deyil və onların gündəlik həyat tərzində müsbət rol oynamır. Valideynlər bu içkiləri uşaqlara verməklə əslində onlardan nə gözlədiklərini düşünməlidirlər.

Uşaqlar üçün daha sağlam alternativ içkilər mövcuddur və bunları ev şəraitində hazırlamaq mümkündür. Meyvə şirələri, kök şirəsi kimi içkilər evdə şirəçəkən vasitəsilə hazırlanaraq uşaqlara təqdim oluna bilər. Buna baxmayaraq, bəzi valideynlər ya bilərəkdən, ya da uşağın könlünü qırmamaq üçün bu cür içkiləri alırlar. Bəzən bu siyahıya "Bubble Tea" kimi içkilər, hətta enerji içkiləri də daxil edilir və altı, yeddi, səkkiz yaşlı uşaqlara verilir. Hətta bəzi hallarda valideynlər uşaqların bu içkilərdən istifadəsinə müsbət yanaşır və bunu bir növ fəxarət kimi qəbul edirlər".Ekspert deyib ki, əslində bu cür içkilərin uşaqlara verilməsi erkən yaşda insulin direncinin formalaşmasına səbəb ola bilər:"Bu, eyni zamanda bağırsaq problemlərinə, hətta bağırsaq keçməməzliyinə gətirib çıxara bilər. Xüsusilə "Bubble Tea" içkisindən danışarkən qeyd etmək lazımdır ki, onun tərkibində olan tapioqa dənələri boğulma riski yaradır. Bu dənələr elastik olur və uşaq aktiv hərəkətdə olarkən, tələsik və ya danışaraq içki qəbul etdikdə boğulma ehtimalı artır. Xüsusilə kiçik yaşlı və daha hərəkətli uşaqlarda bu risk daha yüksəkdir.Bundan əlavə, bu içkilər bağırsaq problemlərinə, qəbizliyə, artıq çəkiyə və diş minasının zədələnməsinə səbəb ola bilər. Tərkibində şəkər və şəkər siropu yüksək miqdarda olur. Eyni zamanda məhsulun saxlanma şəraiti, daşınması və temperatur rejimi düzgün olmadıqda gigiyenik problemlər yarana bilər ki, bu da uşaqlarda mədə pozuntuları və ishala səbəb ola bilər.Tamamilə imtina etmək məcburi olmasa da, bu cür içkilərin istifadəsi valideyn nəzarəti altında olmalıdır. Onların mütəmadi şəkildə gündəlik həyat tərzinə daxil edilməsi məqsədəuyğun deyil. Ev şəraitində hazırlanan təbii şirələr bu baxımdan daha uyğun seçimdir. Xüsusilə kiçik yaşlı, beş, altı, yeddi yaşlı uşaqların bu içkilərdən nəzarətsiz istifadəsi boğulma riskini artırır və sağlamlıq problemlərinə yol aça bilər", - deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
39
demokrat.az

10Sources