EN

Moldova Enerji Xartiyası Müqaviləsindən çıxdı



Moldova beynəlxalq müqavilənin ölkənin enerji təhlükəsizliyi prioritetləri ilə uyğunsuzluğu səbəbindən 1994-cü il Enerji Xartiyası Müqaviləsindən çıxıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, ölkə parlamenti son oxunuşda müqavilənin ləğvini təsdiqləyib.

"Yaşıl və dayanıqlı iqtisadiyyata keçid kontekstində bu cür mexanizmlər bərpa olunan enerjiyə investisiya qoyuluşunun qarşısını ala bilər ki, bu da istixana qazı tullantılarının azaldılması və təmiz enerji mənbələrinin təşviqi tədbirlərini ləngidə bilər. Moldova, Avropa Birliyi kimi, enerji siyasətini karbon tullantılarının azaldılması öhdəlikləri ilə uyğunlaşdırmaq üçün Enerji Xartiyasından çıxmağın qaçılmaz olduğunu düşünür", - deyə qərarda qeyd edilir.

Qüeyd edək ki, Moldova 1996-cı ildə Enerji Xartiyası Müqaviləsinə qoşulub. Enerji Xartiyası Müqaviləsi 1994-cü ildə imzalanıb.

Sənəd Qərbi Avropa ölkələrinə Qərb investisiyaları müqabilində Şərqi Avropa və Rusiyadan enerjiyə çıxış imkanı təmin etmək məqsədi daşıyırdı.

Anar
Chosen
26
1
newscenter.az

2Sources