EN

Rusiyada interneti kəsən adamın milyardlıq mülkü heyrət doğurdu

Rusiyada internetə nəzarət sistemi ilə bağlı yeni qalmaqallı iddialar səsləndirilib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondu (FBK) dövlət şirkəti olan Rostelekom-un rəhbəri Mixail Oseyevski və ailəsinə məxsus böyük həcmdə daşınmaz əmlakın olduğunu iddia edib.

Məlumata görə, Rusiyada internet bloklanması qərarları əsasən hakimiyyət səviyyəsində qəbul olunur, onların texniki icrası isə Roskomnadzor və “Rostelekom” vasitəsilə həyata keçirilir. Xüsusilə “Rostelekom” bu prosesdə əsas rol oynayaraq bloklama və məhdudlaşdırma texnologiyalarını tətbiq edir.

FBK-nın iddiasına görə, Oseyevskinin ailəsi Moskva və Sankt-Peterburqun elit ərazilərində bir neçə mənzilə, paytaxtın mərkəzində yüz milyonlarla rubl dəyərində əmlaka, işğal altındakı Krımda, o cümlədən şərabçılıq biznesi ilə bağlı obyektlərə, onlarla hektar torpaq sahələrinə sahibdir

Bildirilir ki, bu əmlakların bir hissəsi ailə üzvlərinin – həyat yoldaşı və oğullarının adına rəsmiləşdirilib. Oğullarından birinin VTB bankında çalışdığı qeyd olunur.

Qeyd edək ki, “Rostelekom” Rusiyada internet infrastrukturu, elektron səsvermə sistemi, “Gosuslugi” portalı və biometrik məlumat bazası kimi mühüm sahələrə nəzarət edir. Şirkət həmçinin “suveren internet” qanunu çərçivəsində trafikə nəzarət sistemlərinin qurulmasında iştirak edir.

Məlumatların rəsmi qurumlar tərəfindən təsdiqlənmədiyi və iddiaların müstəqil şəkildə yoxlanılmadığı qeyd olunur.

Musavat.com

 

Chosen
5
36
musavat.com

10Sources