ain.az, Azpolitika.az saytına istinadən bildirir.
“Telegram” bloklanmasına baxmayaraq, Rusiyada ən populyar mesajlaşma tətbiqi olaraq qalır.
“AzPolitika” xəbər verir ki, bu barədə "Kommersant" nəşri “Mediascope” məlumatlarına istinadla məlumat yayıb. Məlumatda deyilir ki, qadağan olunmasına baxmayaraq, Rusiyada mart ayında “Telegram”-dan təxminən 94,3 milyon insan və ya ölkə əhalisinin 76,5%-i istifadə edib. Onun orta gündəlik əhatə dairəsi 72,2 milyonu keçib. Bunun üçün rusiyalıların VPN-dən istifadə etdikləri qeyd olunur.
Müqayisə üçün, Rusiya dövləti tərəfindən idarə olunan və dövlət qurumları üçün məcburi edilən mesajlaşma tətbiqi “Max”-ın aylıq auditoriyası 83 milyon, orta gündəlik auditoriyası isə 61,5 milyondur.
“Telegram”-ın bloklanması rusiyalıların alternativ xarici platformalara marağını artırıb: mart ayında Asiya mesajlaşma tətbiqlərinin auditoriyası təxminən 60% artıb. Mütəxəssislərin qeyd etdiyi kimi, indi insanlar iki və ya üç mesajlaşma tətbiqindən istifadə edirlər.
Qeyd edək ki, “Roskomnadzor” 2025-ci ilin yayında “fırıldaqçılıq və təxribatla mübarizə” bəhanəsi ilə “Telegram”-ı bloklamağa başlayıb. Əvvəlcə səsli zənglər məhdudlaşdırılıb, sonra media fayllarının ötürülmə sürəti yavaşlayıb. 2026-cı ilin fevral ayında bloklanma daha da artıb. Aprel ayında ölkədə “Telegram”-ın rəsmi əlçatanlığı 5%-ə düşüb. Rusiya mediasının yazdığına görə, bloklanma təhlükəsizlik qüvvələrinin qərarı ilə həyata keçirilir. Lakin bir çox rusiyalı VPN vasitəsilə “Telegram”-dan istifadə etməyə davam edir. Şirkətin təsisçisi Pavel Durov onların sayını gündəlik 65 milyon olaraq qiymətləndirir.
Mart ayının sonlarında aparılan “Levada” Mərkəzinin sorğusu da təsdiqlədi ki, rusiyalıların təxminən yarısı (49% və ya təxminən 71 milyon nəfər) hökumətin bloklamasına baxmayaraq “Telegram”-dan istifadə etməyə davam edir.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.