AZ

Vergi artdı, büdcə gəliri azaldı Rusiyada bu qərar əks effekt verir

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya hökumətinin müharibəni maliyyələşdirmək üçün kiçik biznesə vergi yükünü artırması əks effekt verib və bu qərar vergi yığımlarının azalmasına səbəb olub.

“AzPolitika” xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin Gəlir Departamentinin direktoru Yelena Lebedinskayanın ölkə mediasında yayılan hesabatına görə, 2026-cı ilin yanvar-mart ayları arasında yeni vergilərin tətbiq olunduğu kiçik biznes və fiziki şəxslərdən ümumi vergi daxilolmaları illik müqayisədə 22,2% azalıb.

Kiçik müəssisələr üçün xüsusi vergi rejimlərinə sadələşdirilmiş və patent vergi sistemləri, vahid kənd təsərrüfatı vergisi və fərdi sahibkarlar tərəfindən ödənilən peşə gəlir vergisi daxildir. Bu sistemlərdən əldə edilən gəlirlər əsasən regional büdcələrə köçürülür.

1 yanvar 2026-cı il tarixindən etibarən hökumət ƏDV-ni 20%-dən 22%-ə qaldırıb, müəssisələr üçün sosial sığorta güzəştləri ləğv edilib və sadələşmiş vergi limitini 60 milyondan 20 milyon rubla endirib ki, bu da kiçik biznesi sadələşdirilmiş vergi sistemilə işləməyə qoymur, ƏDV-yə keçməyə vadar edir. Maliyyə Nazirliyi bunun büdcəyə əlavə 200 milyard rubl gətirəcəyini gözləyirdi. Lakin hazırda əks proses baş verir və kiçik biznes vəziyyətdən çıxmağa çalışır. Bu da vergi daxilolmalarını kəskin azaldır.

Mütəxəssislər qeyd edirlər ki, kiçik müəssisələr üçün bütün xüsusi vergi rejimləri mənfi tendensiyalar göstərir.

Ümumilikdə, ekspertlər bu il müəssisələr üçün xüsusi vergi rejimləri çərçivəsində yığımların 8-12% azalacağını proqnozlaşdırıb.

Bu arada, Rusiyanın ümumilikdə federal büdcəsinin gəlirləri sürətlə azalır. Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin birinci rübündə onlar ötən ilki səviyyədən 8,2% aşağı olmaqla 8,3 trilyon rubl təşkil edib. Xərclər isə 17% artaraq 12,9 trilyon rubla çatıb. Nəticədə, büdcə kəsiri illik 3,8 trilyon nəzərdə tutulsa da, təkcə birinci rübdə 4,5 trilyon rubla çatıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
50
azpolitika.info

10Mənbələr