EN

Ağ Evdə ikinci insident: Bir ay ərzində ikinci silahlı hücum cəhdi

Ağ Evin qarşısında atışma: Donald Trampın çıxışı zamanı təcavüzkar zərərsizləşdirilib

İnterpress.az xəbər verir ki, bu barədə “ABŞ Gizli Xidməti (Secret Service)” məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın çıxışı zamanı Ağ Evin yaxınlığında atışma baş verib. Hadisə ilə bağlı yaxınlıqdakı küçələr dərhal təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

ABŞ Gizli Xidmətinin yaydığı məlumata görə, hücum edən şəxs xüsusi xidmət orqanları tərəfindən açılan atəş nəticəsində yerindəcə məhv edilib.

Bu, son bir ay ərzində baş verən ikinci belə insidentdir. Xatırladaq ki, aprelin sonunda Trampın müxbirlərlə nahar etdiyi “Washington Hilton” otelində də atışma səsləri eşidilmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
29
12
interpress.az

10Sources