EN

Əraqçidən Hörmüzlə bağlı SƏRT MESAJ: "ABŞ bataqlığa sürüklənir!"

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Hörmüz boğazındakı mövcud vəziyyət siyasi böhranın hərbi həll yolunun olmadığını aydın şəkildə ortaya qoyur.

Musavat.com xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Pakistanın nəcib səyləri sayəsində danışıqlar irəlilədiyi bir vaxtda, ABŞ bədxahlar tərəfindən yenidən bataqlığa çəkilməkdən ehtiyat etməlidir. Eyni xəbərdarlıq BƏƏ-yə də aiddir", - deyə Əraqçı bildirib. O, həmçinin əlavə edib ki, "Azadlıq layihəsi" əslində bir çıxılmaz nöqtə layihəsidir.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın xəbərdarlığından sonraya təsadüf edir. Tramp bazar ertəsi günü bildirib ki, əgər İran boğazdan keçən kommersiya gəmilərini qoruyan Amerika gəmilərini təhdid edərsə, "yer üzündən silinəcək".

Çərşənbə axşamı İran mediası hərbi mənbəyə istinadən xəbər verib ki, ABŞ İrana mal daşıyan iki mülki gəmiyə zərbə endirib.

Məlumatda vurğulanır ki, həmin gəmilərin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi olmayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 5 mülki şəxs həlak olub.

Bu gərginlik fonunda dünya bazarında xam neftin qiyməti artmağa başlayıb. Hazırda "West Texas Intermediate" (WTI) markalı neftin qiyməti gün ərzində 2,40% artaraq 101,95 dollar təşkil edir. Qeyd edək ki, WTI nefti aşağı sıxlığı və kükürd tərkibi ilə seçilən, yüksək keyfiyyətli "yüngül" və "şirin" neft növü sayılır və dünya bazarında əsas etalonlardan biri hesab olunur.

Musavat.com

Chosen
63
musavat.com

1Sources