EN

“Narkotiklərlə mübarizə və narkotiklərin fəsadları” mövzusunda konfrans keçirilib

İmişli şəhərində Heydər Əliyev Mərkəzində “Narkotiklərlə mübarizə və narkotiklərin fəsadları” mövzusunda konfrans keçirilib.

Konfransda Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli də çıxış edib. Və konfransla bağlı fikirlərini öz sosial media hesabında paylaşıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Vətəndaş cəmiyyəti olaraq fəaliyyətimizi yalnız maliyyələşən layihələrlə deyil, həm də öz töhfəmizi verməklə davam etdiririk. Xüsusilə gənclərlə işləmək bizim üçün həm zövq, həm məsuliyyət, həm də vətəndaşlıq borcudur.

Bu gün İmişli şəhərində Heydər Əliyev Mərkəzində 200 nəfərə yaxın gəncin iştirakı ilə “Narkotiklərlə mübarizə və narkotiklərin fəsadları” mövzusunda konfrans keçirdik.

Konfrans Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Mil-Muğan Regional Təhsil İdarəsinin dəstəyi və rəhbərlik etdiyim Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin ekspert əməkdaşlığı çərçivəsində baş tutdu.

Gənclər qarşısında 1,5 saatlıq mühazirəm böyük maraqla qarşılandı. Gənclərə və təşkilatçılara təşəkkür edirəm!"

Chosen
21
qht.az

1Sources