EN

Goranboyda qəzaya düşən mikroavtobus aşdı: 7 qadın yaralandı

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rəhimli kəndində “Ford” markalı avtomobillə mikroavtobus toqquşub.

Nəticədə, mikroavtobusda olan 40 yaşlı X.Cəfərova, 44 yaşlı S.Quluyeva, 51 yaşlı Ş.Abdullayeva, 64 yaşlı N.Mustafayeva, 54 yaşlı Z.Məmmədova, 37 yaşlı A.Şirinova və 53 yaşlı Y.Məmmədova xəsarət alıb.

Onlar əkin sahəsində çalışan fəhlələr olub.

Araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
2
6
cebheinfo.az

8Sources