ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Rəhimli kəndində “Ford” markalı avtomobillə mikroavtobus toqquşub.
Nəticədə, mikroavtobusda olan 40 yaşlı X.Cəfərova, 44 yaşlı S.Quluyeva, 51 yaşlı Ş.Abdullayeva, 64 yaşlı N.Mustafayeva, 54 yaşlı Z.Məmmədova, 37 yaşlı A.Şirinova və 53 yaşlı Y.Məmmədova xəsarət alıb.
Onlar əkin sahəsində çalışan fəhlələr olub.
Araşdırma aparılır./Qafqazinfo
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.