EN

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb.

Aktual.az-ın məlumatına görə, qızılın COMEX-də iyun ayı üzrə fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 ABŞ dollarına, spot qızıl isə 0,36% və ya 16,23 dollar bahalaşaraq 4 538,14 ABŞ dollarına yüksəlib.

Platin isə 1,41% və ya 27,39 dollar artaraq 1 974,11 ABŞ dollarına çatıb.

Gümüşün iyun fyuçersləri isə əksinə, 0,19% və ya 0,14 dollar azalaraq 73,39 ABŞ dollarına enib.

Analitiklər qızıl və platinin qiymət artımını risklər fonunda təhlükəsiz aktivlərə tələbin yüksəlməsi ilə, gümüşdəki azalmanı isə texniki korreksiya ilə izah edir.

Chosen
14
16
ulusum.az

10Sources