EN

Zavodda güclüpartlayış- 26 ölü 61 yaralı var

Çin Xalq Respublikasının (ÇXR) Xunan əyalətindəki fişəng zavodunda baş verən partlayış qurbanlarının sayı 26-ə yüksəlib, daha əvvəl üç nəfərin öldüyü bildirilirdi.

"Report" xəbər verir ki, bu barədə ÇXR Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 61 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Lyuyan şəhərindəki fövqəladə hadisə zonasına beş xilasetmə briqadası cəlb edilib, səfərbər olunmuş heyətin ümumi sayı 482 nəfər təşkil edir. Qeyd olunur ki, güclü detonasiya nəticəsində yaranan zərbə dalğası 300-400 m radiusda yerləşən binalara ziyan vurub.

Chosen
11
20
ekologiya.az

10Sources