Bu barədə Aktual.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 145 nəfər saxlanılıb. Onlardan 117-si borclu şəxs qismində axtarışda olanlardır və aidiyyəti üzrə təhvil veriliblər.
Bildirilib ki, narkotiklərlə əlaqəli 17 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.