EN

Goranboydakı qəzada yaralanan insanların vəziyyəti necədir? - YENİLƏNİB - FOTO

Bu gün saat 06:10 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

***

Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır (APA).

***

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Goranboy-Borsunlu yolunda qeydə alınıb. Hərəktədə olan Ford markalı mikroavtobusla Ford markalı minik avtomobilli toqquşub.

Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır (APA).

22
Chosen
1
30
redaktor.az

10Sources