AZ

İnsanların üzərinə avtomobil sürən şəxsin psixoloji problemləri varmış

ain.az bildirir, 525.az portalına istinadən.

Almaniyanın Leypsiq şəhərində naməlum şəxsin avtomobili insan kütləsinin üzərinə sürdüyü barədə məlumat vermişdik.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis hadisədən dərhal sonra sürücünü həbs edib.

İlkin araşdırma zamanı onun psixoloji problemləri olduğu üzə çıxıb və məhkəmənin qərarı ilə prixiatrik xəstəxanaya yerləşdirilib. 33 yaşlı adı açıqlanmayan kişi bir müddət burada məcburi müalicə kursu keçəcək.

Xatırladaq ki, bazar ertəsi Bakı vaxtı ilə 17.45-də Qrimmayş Ştrass küçəsində avtomobil piyada keçidində bir neçə nəfəri vurub.

Qəza zamanı 63 yaşlı qadın və 77 yaşlı kişi hadisə yerində keçinib. 6 nəfər isə xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Bundan başqa həkimlər və psixoloqlar hadisənin şahidi olan 80-ə yaxın insana psixoloji yardım ediblər.

Yeri gəlmişkən, sürücü qəzadan dərhal sonra avtomobili saxlayaraq polisə könüllü təslim olub.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
30
525.az

10Mənbələr