Bu gün saat 06:10 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i kişi, 6-sı qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
***
Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır (APA).
***
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Goranboy-Borsunlu yolunda qeydə alınıb. Hərəktədə olan Ford markalı mikroavtobusla Ford markalı minik avtomobilli toqquşub.
Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır (APA).

