EN

Volkan Dəmirəl istefaya göndərilib

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin “Gənclərbirliyi” futbol komandası baş məşqçisi Volkan Dəmirəl ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Klubun yaydığı bəyanatda rəhbərliyin qərarı və qarşılıqlı razılaşma əsasında mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib.

İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi göstərdiyi xidmətlərə görə Volkan Dəmirəl və texniki heyətinə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Bu qərara komandanın Türkiyə Superliqasında ardıcıl uğursuz nəticələr alaraq turnir cədvəlinin aşağı pillələrinə geriləməsi səbəb olub.

Volkan Dəmirəl cari mövsüm ərzində komandada iki fərqli dönəmdə fəaliyyət göstərib. O, 31 oktyabr 2025-ci il tarixdən 11 dekabr 2025-ci il tarixinədək davam edən birinci dönəmində altı matça çıxıb, üç qələbə və üç məğlubiyyət qeydə alıb.

İkinci dönəmində isə bütün turnirlər daxil olmaqla doqquz qarşılaşmada komandaya rəhbərlik edən mütəxəssis cəmi iki qələbə qazanıb, bir heç-heçə və altı məğlubiyyətlə üzləşib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
icma.az

1Sources