EN

Superliqa klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə Superliqasında daha bir baş məşqçi ayrılığı yaşanıb.
 
Moderator.az xəbər verir ki, "Gənclərbirliyi" Volkan Demirellə yollarını ayırıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Ankara təmsilçisi Demirelin rəhbərliyi altında ötən gün "Karagümrük"ə 0:1 hesabı ilə məğlub olduqdan sonra bu qərarı verib.
 
Qeyd edək ki, 32 turdan sonra 28 xal toplayan "Gənclərbirliyi" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
 
Chosen
3
1
moderator.az

2Sources