Türkiyə Superliqasında növbəti baş məşqçi ayrılığı yaşanıb.
Fanat.Az xəbər verir ki, "Gənclərbirliyi" klubu Volkan Dəmirəli istefaya göndərib.
Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Paytaxt komandasının son turda "Karagümrük"ə 0:1 hesabı ilə məğlubiyyəti rəhbərliyin Türkiyə millisinin sabiq qapıçısı ilə yollarını ayırmasına səbəb olub.
Beləliklə, Volkan bu mövsüm ikinci dəfə qovulub. O, ötən ilin oktyabrında “Gənclərbirliyi”nin baş məşqçisi təyin edilmiş və 2 ay sonra istefaya göndərilmişdi. Budəfəki işbirliyi də cəmi 2 ay çəkib. O, martın əvvəlində 1,5 illik müqaviləyə imza atmışdı.
Qeyd edək ki, 32 turdan sonra 28 xal toplayan "Gənclərbirliyi" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.