EN

Volkan Dəmirəl bu mövsüm ikinci dəfə qovuldu

Türkiyə Superliqasında növbəti baş məşqçi ayrılığı yaşanıb.

Fanat.Az xəbər verir ki, "Gənclərbirliyi" klubu Volkan Dəmirəli istefaya göndərib.

Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Paytaxt komandasının son turda "Karagümrük"ə 0:1 hesabı ilə məğlubiyyəti rəhbərliyin  Türkiyə millisinin sabiq qapıçısı ilə yollarını ayırmasına səbəb olub.

Beləliklə, Volkan bu mövsüm ikinci dəfə qovulub. O, ötən ilin oktyabrında “Gənclərbirliyi”nin baş məşqçisi təyin edilmiş və 2 ay sonra istefaya göndərilmişdi. Budəfəki işbirliyi də cəmi 2 ay çəkib. O, martın əvvəlində 1,5 illik müqaviləyə imza atmışdı.

Qeyd edək ki, 32 turdan sonra 28 xal toplayan "Gənclərbirliyi" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
 

Chosen
4
1
fanat.az

2Sources