EN

Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?

Xəbər verdiyimiz kimi, Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

Publika.az Bizim.Media-a istinadla yeni direktor müavininin dosyesini təqdim edir:

Nərgiz Şərifova 1997-ci ildə Bakı şəhər 25 saylı orta məktəbi bitirib. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

2002-2003-cü illərdə M.Nağıyev adına RTTYX-nın RİTŞ-də tibb bacısı vəzifəsində çalışıb.

2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində işləyib.

Chosen
4
18
publika.az

10Sources