EN

İran BƏƏ-yə hücum iddialarını rədd etdi: "Məsuliyyət ABŞ ordusunun üzərinə düşür"

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyrə şəhərindəki neft obyektlərinə hücum etdiyi barədə iddiaları təkzib edib.

Sitat.info xəbər verir ki, İran dövlət televiziyasına danışan adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisi bildirib ki, ölkəsinin Fuceyrə Limanı ərazisində yerləşən neft obyektlərinə qarşı əvvəlcədən planlaşdırılmış hər hansı hücum niyyəti olmayıb.

Rəsminin sözlərinə görə, baş verən hadisələr Hörmüz boğazı ətrafında ABŞ ordusunun “qanunsuz gəmi keçidi üçün yol açmaq cəhdi” ilə bağlıdır:
“Bu hadisələrin məsuliyyəti ABŞ ordusunun üzərinə düşür,” – deyə o qeyd edib.

İranlı rəsmilər həmçinin ABŞ-ı diplomatiyada güc tətbiqindən çəkinməyə çağıraraq bildirib ki, Vaşinqton bu həssas neft regionunda hərbi fəaliyyətlərini dayandırmalıdır.

Xatırladaq ki, daha əvvəl İranın BƏƏ və Oman ərazilərinə pilotsuz uçuş aparatları ilə hücum etdiyi iddia olunmuşdu. BƏƏ isə Fuceyrə şəhərində yerləşən neft sənayesi zonasında yanğın baş verdiyini və hadisə nəticəsində 3 nəfərin yaralandığını açıqlamışdı.

Nigar,

Sitat.info 

Chosen
20
50
sitat.info

10Sources