EN

“Mançester Yunayted” Kerriklə müqaviləni uzatmaq istəyir


“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Kerriklə müqavilənin müddətini uzatmağı düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, klub rəhbərliyi Kerriki növbəti mövsüm üçün prioritet hesab edir. Eyni zamanda klub rəhbərliyi məşqçi vəzifəsinə bir neçə digər namizədlə danışıqlar aparmaq niyyətindədir.
Jurnalist həmçinin qeyd edib ki, Bruno Fernandes və Harri Maquayr da daxil olmaqla bir neçə oyunçu Kerrikin klubda qalmasını istəyir.
Qeyd edək ki, 44 yaşlı Kerrik 13 yanvarda "Mançester Yunayted"in baş məşqçisi təyin olunub və onun müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. Yanvar ayında məşqçi Premyer Liqada ayın məşqçisi seçilib. Kerrik əvvəllər iki dəfə “Mançester Yunayted”in müvəqqəti baş məçqçisi vəzifəsini icra edib: 2018-ci ildə Joze Mourinyonun gedişindən sonra və 2021-ci ildə Ole Qunnar Solskyerin istefasından sonra. Kerrik 2022-ci ildən 2025-ci ilə qədər “Midlsbro”nun baş məşqçisi olub.
Kerrik “Mançester Yunayted”də oyunçu kimi beş İngiltərə çempionluğunu, Çempionlar Liqasını, Avropa Liqasını və Klublararası Dünya Kubokunu qazanıb.
Chosen
15
50
yeniavaz.com

10Sources