AZ

MY-də ziddiyyət: Futbolçularla rəhbərliyin mövqeyi fərqlidir

“Mançester Yunayted”in əsas oyunçuları Maykl Kerrikin gələn mövsüm də baş məşqçi vəzifəsində qalmasını istəyirlər.

Publika.az xəbər verir ki, jurnalist Aleks Krukun sözlərinə görə, Bruno Fernandes, Harri Maquayr və Mateus Kunya da daxil olmaqla bir neçə oyunçu klub rəhbərliyinə Kerrikin komandanın baş məşqçisi olmasını istədiklərini bildiriblər.

Ben Ceykobs qeyd edir ki, Kerrik “Mançester Yunayted”in daimi baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir, lakin “Mançester Yunayted” rəhbərliyi hələ də bir neçə məşqçi ilə danışıqlar aparmaq istəyir və klubun Çempionlar Liqasına vəsiqə qazanması bu planları dəyişməyib.

Seçilən
12
50
publika.az

10Mənbələr