EN

Radioatorun üstünə qoyun, görün nə baş verəcək - ƏSL MÖCÜZƏ

Son günlər sosial şəbəkələrdə maraqlı bir tendensiya sürətlə yayılır.

Musavat.com xəbər verir ki, iddialara görə, evdə radiatorun üzərinə darçın qoymaq ruzi-bərəkəti artırır və maliyyə axınını gücləndirir.

Bildirilir ki, darçının istiliklə birlikdə yaydığı qoxu evdə pozitiv enerji yaradır və bu da bolluqla əlaqələndirilir. Bəzi istifadəçilər bu üsulu sınadıqlarını və qısa müddətdə maddi vəziyyətlərində dəyişiklik hiss etdiklərini iddia edirlər.

Mövzuya münasibət bildirənlər isə bunu daha çox psixoloji faktorla əlaqələndirir. Onların sözlərinə görə, xoş qoxular insanın əhvalını yaxşılaşdırır, motivasiyanı artırır və nəticədə daha məhsuldar qərarlar verməyə kömək edir. Bu isə dolayısı ilə gəlir imkanlarına təsir edə bilər.

Ekspertlər qeyd edir ki, darçının özü ilə birbaşa pul gətirməsi elmi olaraq sübut olunmayıb. Lakin aromaterapiya çərçivəsində onun rahatladıcı və stimullaşdırıcı təsiri danılmazdır.

Hazırda bu metod sosial mediada geniş müzakirə olunur və bir çox insan bu üsulu sınaqdan keçirir. Bəzi istifadəçilər üçün bu, “bolluq rituallarından” birinə çevrilib.

Musavat.com

Chosen
17
musavat.com

1Sources