EN

Pentaqon: ABŞ Hörmüz boğazını qorumaq üçün hazır vəziyyətdədir

ABŞ Müdafiə Nazirliyi – Pentaqon bəyan edib ki, ölkə Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi fonunda müdafiə tədbirləri görməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Pit Heqset bildirib ki, Vaşinqton hazırda boğazda qalan gəmilərin təhlükəsiz şəkildə hərəkətinin təmin olunması üçün məsələnin sülh yolu ilə həllinə üstünlük verir. Onun sözlərinə görə, ABŞ bu prosesin eskalasiyasız, diplomatik çərçivədə həll olunmasını istəyir, lakin vəziyyətin dəyişəcəyi təqdirdə müxtəlif ssenarilərə hazırdır.

Eyni zamanda, İran tərəfi də məsələyə münasibət bildirib. İran Xarici İşlər Nazirliyi açıqlayıb ki, ABŞ gəmiləri Tehranın icazəsi ilə Hörmüz boğazından keçə bilər.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji tədarükü baxımından strateji əhəmiyyətə malikdir. Dünya neft daşımalarının mühüm hissəsi məhz bu marşrut üzərindən həyata keçirilir. Buna görə də bölgədəki hər hansı gərginlik beynəlxalq enerji bazarlarına və ümumi geosiyasi vəziyyətə birbaşa təsir göstərir.

Chosen
19
50
ikisahil.az

10Sources