EN

“Təhsilin inkişafında Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib -Fotolar



“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 5 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Zəngilan rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, xüsusilə Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən, gənclərin savadlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətdən ətraflı bəhs edib. Bildirilib ki, Ümummilli Liderin fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə olub və dahi rəhbərin bu istiqamətdə söylədiyi konseptual fikirlər, tarixi tövsiyələr bu gün ölkəmizdə reallaşdırılan təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfələr verir.
Daha sonra çıxış edən AMEA-nın doktorantı Günay Rüstəmova, Kənan Məmmədov, Aysel Əlicanova və Natiq Orucov Ümummilli Liderin zəngin elmi və siyasi irsi barədə öz fikirlərini bölüşüb, dahi rəhbərin təhsil strategiyasının bu gün müasir Azərbaycanın inkişafında oynadığı mühüm rolu xüsusi qeyd ediblər. Natiqlər diqqətə çatdırıblar ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsilin inkişaf strategiyası hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət milli təhsilimizin tərəqqisində yeni mərhələ açmışdır.
Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında və ictimai-mədəni tədbirlərin təşkilində fəal iştirakına görə bir qrup şəxs təltif olunub.



Chosen
17
1
aia.az

2Sources