EN

Makron İrəvandan Trampa mesaj göndərdi

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ni ticarət razılaşmalarına əməl etməyə və Avropa İttifaqına qarşı yeni tariflərin ləğvinə çağırıb. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra verib.

Makron bildirib ki, Avropa İttifaqı əvvəl imzalanmış müqavilələrə sadiqdir və azad, ədalətli ticarətin tərəfdarıdır. Onun sözlərinə görə, Ümumünya Ticarət Təşkilatının qaydalarına riayət olunmalıdır. Mövcud razılaşmalar pozularsa, bu, yenidən müzakirələrə səbəb ola bilər.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Avropadan idxal olunan avtomobillərə 25% vergi tətbiq etmək qərarına cavab olaraq səsləndirilib. Makron vurğulayıb ki, əgər Aİ tariflərlə üzləşərsə, cavab vermək üçün kifayət qədər vasitələri var.

O əlavə edib ki, hazırkı geosiyasi vəziyyətdə ABŞ və Aİ arasında gərginlik yaratmaq əvəzinə əməkdaşlıq daha vacibdir. Makron ümid etdiyini bildirib ki, tərəflər arasında sağlam düşüncə üstünlük qazanacaq.

Qeyd edək ki, Ursula fon der Leyen də ABŞ-nin ticarət razılaşması üzrə bütün öhdəliklərini hələ yerinə yetirmədiyini bildirib.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
cebheinfo.az

2Sources